RU

Neftçi minimal hesabla qalib gəldi

ain.az, Axar.az saytına istinadən bildirir.

Futbol üzrə Misli Premyer Liqasında XIX tura yekun vurulub.

Axar.az xəbər verir ki, turun bağlanış matçında “Neftçi” “Qəbələ”ni qəbul edib.

Görüş Bakı klubunun minimal hesablı qələbəsi ilə bitib. Yeganə qolu 12-ci dəqiqədə Emin Mahmudov vurub.

Bu nəticədən sonra 27 xalı olan “ağ-qaralar” 7-cidir. “Qırmızı-qaralar” isə 14 xalla 10-cu sırada yer alıb.

Günün ilk matçında “Qarabağ” səfərdə “Şamaxı”nı 2:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Araz-Naxçıvan”a 4:1, “Zirə” “Sumqayıt”a 3:2, “Turan Tovuz” “Karvan-Yevlax”a 1:0 hesabı ilə qalib gəlib, “İmişli” – “Kəpəz” matçında isə qapılara qol vurulmayıb – 0:0.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
4
axar.az

6Источники