RU

İki “Lada”nın toqquşduğu qəzada 3 nəfər öldü İkisi polis zabitidir FOTOLAR

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Cinayət Axtarışı İdarəsinin iki əməkdaşı və cinayət törətməkdə şübhəli bilinən şəxs avtoqəzada ölüb. Avtosfer.az xəbər verir ki, hadisə Kalmıkiya Respublikasında baş verib.

Məlumata görə, R-22 "Kaspian" avtomobil yolunun 170-ci kilometrliyində "Lada Granta" və "Lada Largus" markalı avtomobillər toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri aşıb. Qəza nəticəsində üç nəfər ölüb, altı nəfər xəsarət alıb. Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdiriliblər.

Yerli medianının məlumatına görə, qəzaya uğramış "Lada Granta" markalı avtomobildə Volqoqraddan olan Cinayət Axtarışı İdarəsinin 3 əməkdaşları olub. Onlar xidməti ezamiyyətdə olublar və cinayətdə şübhəli bilinərək saxlanılan şəxsi aparırmışlar.

Bildirilir ki, qəzada 2 polis zabiti və cinayətdə şübhəli bilinən şəxs hadisə yerində ölüb.

Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.

Namiq Musayev

Oxunub 48

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
avtosfer.az

1Источники