RU

Film kimi hadisə: Zərgərlik mağazasını qarət edən şəxs eşşəklə qaçdı - FOTO

Türkiyənin Kayseri şəhərində şübhəli şəxs oğurladığı forkliftlə pəncərəni sındıraraq qızıl dükanına girib və oğurladığı qızılla birlikdə eşşəyə minərək qaçıb. Bütün hadisə təhlükəsizlik kameralarına düşüb.

Qaziler.az bildirir ki, bu barədə ensonhaber.com xəbər verir

Kayserinin Melikgazi rayonunda M.Ç. oğurlanmış forkliftlə zərgərlik mağazasına gəlib.

Şübhəli forkliftlə mağazanın pəncərələrini sındıraraq 150 qram zərgərlik məmulatı oğurlayıb.

Siqnal işə düşüb və hadisə yerinə çoxsaylı polis qrupları göndərilib. Polis hadisə yerindən qaçan şübhəlini tutmaq üçün əməliyyata başlayıb.

M.Ç. həbs olunub.

Torpağa basdırılmış 150 qram qızıl sahibinə qaytarılıb.

Digər tərəfdən, hadisə təhlükəsizlik kamerasına düşüb. Görüntülərdə M.Ç.-nin zərgərin qapısını forkliftlə sındıraraq içəri girdiyi görünür.

Zərgərlik məmulatları oğurlayan şübhəlinin hadisə yerindən eşşəklə qaçdığı anlar da kameraya düşüb.

QAZİLER.AZ

 

 

Избранный
16
2
qaziler.az

3Источники