RU

Şamaxıda ağır qəza: cinayət işi açıldı

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Şamaxıda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Axar.az xəbər verir ki, hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində xəsarət alan sərnişin, 66 yaşlı Qabil Sərkərov Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxilələrinə baxmayaraq, o, xəstəxanada vəfat edib.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, hazırda araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
1
axar.az

2Источники