RU

Müştərilərə 42 milyard dollar göndərildi -

Cənubi Koreyanın ikinci ən böyük kriptovalyuta birjası olan “Bithumb” təbliğat kampaniyası zamanı zərərə məruz qalıb. Metbuat.az xəbər verir ki, birja səhvən müştərilərinə 620000 bitkoin göndərib. Məlumata görə, təxminən 42 milyard dollar dəyərində olan bu səhvdən sonra birja rəhbərliyi itirilmiş vəsaitləri geri qaytarmaq üçün səy göstərir. Bildirilir ki, tədbir zamanı birja, mükafat məbləğlərini Koreya vonu əvəzinə səhvən bitkoinlə əvəzləyib. Əvvəlcə 695 müştərinin cəmi 620000 von (təxminən 423 dollar) alması planlaşdırılsa da, səhv nəticəsində onlara 620000 bitkoin göndərilib. 249 iştirakçı mükafat qutularını açıb. 86 müştəri təxminən 1788 bitkoin satıb. Müştərilər satdıqları aktivləri geri alaraq, birjaya təhvil verməlidir.

Qeyd edək ki, Cənubi Koreyada kriptovalyutalar cinayət qanunvericiliyinə əsasən əmlak hesab edilmir.

Избранный
20
metbuat.az

1Источники