RU

Bu oyunla məğlubiyyətə layiq deyildik Qəbələ nin məşqçisi

Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Bu oyunla məğlubiyyətə layiq deyildik" - "Qəbələ"nin məşqçisi

"Qəbələ" Misli Premyer Liqasında 19-cu turu çərçivəsində "Neftçi"yə 0:1 hesabı ilə məğlub olub.

QOL.az xəbər verir ki, "qırmızı-qaralar"ın məşqçisi George Çixradze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Mütəxəssis ilk 15 dəqiqədə rəqibin sürətinə çata bilmədiklərini və qol buraxdıqlarını etiraf edib:

"Maraqlı və dinamik oyun alındı. İlk 15 dəqiqədə sürət baxımdan geridə qaldıq. Rəqib oyuna çox aqressiv başladı və nəticədə qapımızda qol gördük.

Qoldan sonra və xüsusən də ikinci hissədə yaxşı çıxış etdik. Hətta qol epizodunu dəyərləndirə bilmədik. Futbolda belə məqamlar olur. Amma hesab edirəm ki, biz bu oyunda məğlubiyyətə layiq deyildik".

G.Çixradze qol epizodunu qaçıran gənc hücumçu Prins Ovusuya və Rza Cəfərov seçiminə də aydınlıq gətirib:

"Prinsi sakitləşdirdik. Gənc oyunçudur, Premyer Liqada ilk mövsümüdür. Onu motivasiya edəcəyik. Rzanı isə sabiq komandasına görə yox, potensialına bələd olduğumuz üçün meydana buraxdıq. "Sabah2la matçda yaxşı idi, bu səbəbdən bu gün şans qazandı".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
1
qol.az

2Источники