RU

Rusiya 2026 və ya 2027-ci illərdə NATO-ya hücum edə bilərmi? - Estoniya kəşfiyyatının məlumatı

Rusiya bu il və ya gələn il NATO-ya hücum edə bilməz, lakin Alyansın şərq cinahında hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.

Qaziler.az bildirir ki, "Associated Press"in verdiyi məlumata görə, bunu Estoniya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kaupo Rosin bildirib.

Estoniya kəşfiyyatının məlumatına görə, Rusiya planı yeni hərbi birləşmələrin yaradılmasını və NATO sərhədlərindəki qüvvələrin sayının müharibədən əvvəlki səviyyələrlə müqayisədə iki-üç dəfə artırılmasını nəzərdə tutur.

Lakin bu planların həyata keçirilməsi əsasən Moskva, Vaşinqton və Kiyev arasında hərbi əməliyyatlara son qoymaq üçün aparılan danışıqların nəticələrindən asılı olacaq.

QAZİLER.AZ

Избранный
17
qaziler.az

1Источники