Bakı. Trend:
2026-cı ilin yanvar ayında 2017-ci ildən bəri maksimum saydamaqnit qasırğalarının olduğu günlər qeydə alınıb.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Rusiyanın Günəş AstronomiyasıLaboratoriyası məlumat yayıb.
Laboratoriyanın məlumatına görə, 2026-cı ilin başlanğıcı onudeməyə əsas verir ki, bu il son 10 il ərzində ən fəal geomaqnit ilola bilər. Təkcə yanvar ayında 10 gün maqnit qasırğaları qeydəalınıb ki, bu da Günəşin 25-ci fəallıq dövrü ərzində maksimumgöstərici olmaqla yanaşı, 2017-ci ilin sentyabr ayından bəri ənyüksək səviyyədir.
Qeyd olunur ki, maqnit qasırğalarının əsas mənbəyi koronaldəliklər olub.