RU

Nəsibə Zeynalovanın geyimlərində efirə çıxdı Video

Axsham.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Aktrisa Sonaxanım Əliyeva mərhum Xalq artisti Nəsibə Zeynalovaya məxsus geyimlərdə efirə gəlib. 

Axşam.az xəbər verir ki, aktrisa "Həmin Zaur" verilişində aparıcı-müğənni Sərxan Kərəmoğlunun ifa etdiyi "Qaynana" mahnısına rəqs edib. Sərxan geyimlərin Nəsibə Zeynalovaya məxsus olduğunu bildirib:

"Nəsibə xanımın öz paltarlarıdır. Filmdə geyindiyi libasları Tarix Muzeyindədir. Bunıar tamaşada oynayarkən geyindiyi paltarlardır. Nəsibə xanım 26 il əvvəl bu geyimləri mənə verib. O gündən saxlamışam və bu gün ilk dəfədir ki, geyinilib".

Qeyd edək ki, Nəsibə Zeynalova 2004-cü il martın 10-da Milli Teatr Günündə dünyasını dəyişib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
axsam.az

1Источники