RU

Yasin Cəlilov yüksək vəzifəyə təyin olundu

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Biznesinin İnkişafı Fondu Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinə yeni üzv seçilib.

Milli.Az xəbər verir ki, Müşahidə Şurasının qərarı ilə Yasin Cəlilov İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub. O, eyni zamanda İdarə Heyəti sədrinin müavini kimi fəaliyyətini davam etdirəcək.

Məlumata görə, Yasin Cəlilov peşəkar karyerasına 1996-cı ildə Azərbaycan Beynəlxalq Bankında başlayıb. O, 2011-2018-ci illərdə bankda departament direktoru vəzifəsində çalışıb. 2018-2019-cu illərdə Bank VTB Azərbaycan ASC-də departament direktoru olub, 2019-2021-ci illərdə isə bankın İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib.

Y.Cəlilov 2022-ci ilin fevral ayından 2026-cı ilin fevral ayınadək Azərbaycan İnvestisiya Şirkətində İdarə Heyətinin üzvü vəzifəsində çalışıb.

Qeyd edək ki, Azərbaycan Biznesinin İnkişafı Fondunun cari fəaliyyətinə kollegial icra orqanı olan İdarə Heyəti rəhbərlik edir. İdarə Heyəti Müşahidə Şurası tərəfindən təyin edilən sədr və onun dörd müavinindən ibarət olmaqla ümumilikdə beş üzvdən formalaşır.

Xatırladaq ki, Fond Prezidentin 2025-ci il 10 dekabr tarixli fərmanı ilə publik hüquqi şəxs statusundan Açıq Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil edilib./kredit.az

Milli.Az

Избранный
6
5
milli.az

6Источники