RU

225 milyon km-lik sınaq: Mars səfəri üçün geri sayım nə zaman başlayacaq?

İnsanoğlunun Qırmızı Planetə ayaq basmaq arzusu onlarla ildir ki, elmi fantastika filmlərinin sərhədlərindən kənara çıxa bilmir. Lakin NASA bu arzunu reallığa çevirmək üçün tarixdəki ən iddialı hazırlıq prosesini aparır. Beynəlxalq Kosmik Stansiyanı texnoloji sınaq sahəsi kimi istifadə edən kosmik agentlik, başqa bir dünyada sivilizasiyanı quracaq kommunikasiya və həyat sistemlərini burada test edir.

Bəs, Mars tozuna bürünmüş astronavt botlarını nə vaxt görəcəyik? NASA-nın planında 2030-cu illər var, lakin bu tarixdən əvvəl həll edilməli olan böyük maneələr mövcuddur.

HİT.az xəbət verir ki, NASA hələ dəqiq bir təqvim təqdim etməsə də, izlədiyi strategiya açıqdır. Ay səthinə insan göndərməyi hədəfləyən “Artemis” missiyaları əslində Mars səfəri üçün bir sınaqdır. Dərin kosmosda uzun müddət qalmağın insan bədəninə təsirlərini öyrənmək və aşağı cazibə qüvvəsinin yaratdığı zərərləri araşdırmaq bu prosesin ən kritik hissəsidir. NASA hazırda bizi Qırmızı Planetə aparacaq ən azı altı fərqli qabaqcıl texnologiya üzərində işləməyə davam edir. Lakin bu texnologiyaların nə vaxt tam əməliyyat rejiminə keçəcəyi hələ məlum deyil.

NASA-nın “2030-cu illər” deyərək böyük bir onilliyi göstərməsi, yol xəritəsindəki risklərdən qaynaqlanır. 1972-ci il Apollo 17 missiyasından bəri Ay səthinə insan göndərilməməsi, ötən 50 ildə texnologiyanın və təhlükəsizlik standartlarının tamamilə dəyişdiyini göstərir. Artıq yalnız getmək kifayət deyil; astronavtların təhlükəsizliyini maksimum səviyyədə təmin etmək və kommersiya kosmik uçuşlarının gətirdiyi yeni standartlara uyğunlaşmaq vacibdir.

Bəzi senarilərə görə isə insanlardan əvvəl süni intellektlə təchiz olunmuş robot astronavtların Marsa gedərək yol açması ehtimalı güclüdür.

Mars səfəri sadəcə raketə minib uçmaqdan ibarət deyil. Mövcud texnologiyalarla bu yolçuluq tək tərəf yeddi ay davam edir. Yörüncədə gözləmə və eniş hazırlıqları da əlavə olunduqda, logistika tam bir kabus olur. Hazırda Beynəlxalq Kosmik Stansiyaya ildə bir neçə dəfə ərzaq yardımı göndərilir, lakin Mars astronavtlarının yanlarında ən azı iki il ərzində kifayət edəcək hava, su və qida ehtiyatı daşıması tələb olunur.

Bundan əlavə, uzun məsafə üçün tələb olunan böyük yanacaq və eniş vasitələrinin çəkisi raket texnologiyasını sərhədlərinə qədər sınayır. NASA bu logistika düyününü həll etdikdə, səfərin 2030-cu illərin əvvəllərindəmi, yoxsa sonunda mı baş tutacağı dəqiqləşəcək. Buna baxmayaraq, Dünyadan orta hesabla 225 milyon kilometr uzaqdakı bir planetə növbəti 15 il ərzində səyahət etmə fikri elm dünyasında həyəcanı diri saxlayır.

Samir
 

Избранный
21
hit.az

1Источники