RU

“Windows 11”də yeni və vacib funksiya əlavə edildi

ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.

“Windows 11” kompüterləri artıq inkişaf etmiş yuxu rejiminə malikdir.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Windows Latest” məlumat yayıb.

Bildirilib ki, bütün yeni kompüterlər yeni “Modern Standby” yuxu rejimi ilə təchiz olunacaq. Mütəxəssislər izah etdilər ki, bu vacib yeni xüsusiyyət kompüteri çox aşağı enerji sərfiyyatı olan S0 vəziyyətinə gətirir.

Həmçinin, yeni funksiyanı təqdim edərkən “Microsoft” kompüterin səhv işləməsinə səbəb ola biləcək bir xəta aşkar edib. Problemə görə, “Modern Standby”də olan kompüter həqiqətən həddindən artıq enerji sərf edə bilər. “Microsoft” xətanı düzəldib və izah etdi ki, “Windows” həddindən artıq batareya tükənməsini aşkar edərsə, resurs tələb edən tətbiqləri avtomatik olaraq söndürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
33
yeniavaz.com

1Источники