
Azərbaycan və Amerika Birləşmiş Ştatları süni intellekt sahəsində tərəfdaşlıqların inkişafında qarşılıqlı əməkdaşlığı genişləndirmək, həmçinin kosmik sənayedə əməkdaşlığa və özəl sektorun iştirakı ilə ölkədə süni intellekt məlumat emalı mərkəzlərinin yaradılması da daxil olmaqla, rəqəmsal infrastruktura investisiyalara dəstək verməyi nəzərdə tuturlar.
Missiya.Az xəbər verir ki, bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Cey Di Vens tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının mətnində deyilir.
Tərəflər həmçinin ən yaxşı beynəlxalq təcrübələrə əsaslanaraq, ixtisaslaşdırılmış dəstək mexanizmlərinin yaradılması imkanlarını nəzərdən keçirməyi planlaşdırırlar. Söhbət ETTKİ-nin (elmi-tədqiqat və təcrübə-konstruktor işləri - red.) birgə maliyyələşdirmə alətlərindən, innovasiya "körpülərindən", həmçinin kibertəhlükəsizlik və süni intellekt sahəsində sahəvi təşəbbüslərdən gedir.
Bu tədbirlərin özəl vençur kapitalının cəlb edilməsinə, texnoloji inkişafın ilkin mərhələlərinin risklərinin azaldılmasına və işləmələrin kommersiyalaşdırılmasının sürətləndirilməsinə töhfə verməsi gözlənilir.