RU

Səudiyyə Ərəbistanı klubu Salahın meneceri ilə danışıqlara başladı

Sportal.az saytına istinadən ain.az xəbər verir.

"Liverpul"un futbolçusu Məhəmməd Salahın yeni mövsümə Səudiyyə Ərəbistanında başlamaq ehtimalı artır.

Sportal.az xəbər verir ki, "Əl-Nəsr"dən sonra "Əl-İttihad" da misirli vinger üçün hərəkətə keçib. Bu barədə "Foot Mercato" məlumat yayıb.

Ərəblər Salahın meneceri ilə ilkin danışıqlara başlayıb. Onlar 33 yaşlı futbolçunun müqavilə şərtlərini müzakirə etmək istəyirlər.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm "Liverpul"un heyətində meydana çıxdığı 25 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
1
sportal.az

2Источники