RU

Sensasion İDDİA: Messi dünya nəhənginin prezidenti olacaq

Lent az saytına istinadən ain.az xəbər verir.

Lionel Messinin "İnter Mayami"dən sonra "Barselona"ya qayıtmağı, klubun idarəçiliyində rol oynamağı və potensial olaraq prezidentliyə namizədliyini irəli sürməyi və ya gələcək seçkilərdə namizədi dəstəkləməyi planlaşdırdığı iddia edilib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hazırda MLS komandası "İnter Mayami"də oynayan argentinalı ulduz Lionel Messi və onun "Barselona" ilə bağlı diqqətçəkici bir iddiası ortaya çıxıb.

Bildirildiyinə  görə, Lionel Messi beş il sonra keçiriləcək "Barselona" prezident seçkilərində namizədliyini irəli sürməyi və ya namizəd olacaq kimisə dəstəkləməyi düşünür. Məlumatda deyilir ki, Messi klubun gələcəyi ilə bağlı söz sahibi olmaq fikrinə açıqdır.

Xəbərdə həmçinin bildirilir ki, 38 yaşlı argentinalı superulduz "İnter Mayami" ilə müqaviləsinin müddəti bitdikdən sonra "Barselona"ya qayıtmağı və klubun idarəçiliyində fəal rol oynamağı planlaşdırır. Həmçinin qeyd olunub ki, Messi futbolçu kimi karyerasını başa vurduqdan sonra belə "Barselona" ilə əlaqələrini kəsmək istəmir.

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
16
lent.az

1Источники