RU

Azərbaycan lideri: “Tarixi səfərdir“

ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri tarixi səfər adlandırıla bilər.

"Yeni Sabah" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə mətbuata bəyanatında deyib.

Dövlət başçısı vurğulayıb ki, ABŞ-la təhlükəsizliklə bağlı məsələlər üzərində sıx əməkdaşlıq etməyə davam edəcəyik.

“Bizim öz işimiz kimi müəyyən etdiyimiz nizamnamədə əməkdaşlığımızın müxtəlif istiqamətləri var. Təhlükəsizliklə bağlı məsələlər üzərində sıx şəkildə əməkdaşlıq etməyə, enerji təhlükəsizliyi ilə bağlı məsələlər üzərində işləməyə davam edəcəyik”, - dövlət başçısı qeyd edib.


Telegram kanalımız
Избранный
24
yenisabah.az

1Источники