Bu imzalanma mərasimi ürəkdən aparılmış işin nəticəsidir.
Adalet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında deyib.
"Biz Prezident Trampa və Vitse-prezidentə Cənubi Qafqazda sülhə töhfə verdiklərinə görə təşəkkür edirik", - İlham Əliyev deyib..
Dövlət başçısı xatırladıb ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda Birgə Bəyannamə imzalandı və bu bəyanatı Prezident Tramp şahid kimi imzaladı.
"Biz növbəti altı ayda sülh şəraitində yaşayırıq. Buna görə ABŞ hökümətinə təşəkkür edirik".