RU

Venesuelada noyabrdan bəri 900 məhbus azadlığa buraxılıb


Venesuela 2025-ci ilin noyabr ayından bəri 897 məhbusu azad edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Venesuela Birləşmiş Sosialist Partiyasının baş katibi və daxili işlər naziri Diosdado Kabello “Venezolana de Televisión” televiziya kanalı tərəfindən yayımlanan mətbuat konfransında bildirib.
“897 nəfər azadlığa buraxılıb. Daha doğrusu 897 yox, 896 nəfər, çünki bir nəfər azadlığa buraxılma şərtlərini pozaraq insanları küçələrə çıxmağa çağırdığına görə yenidən həbs edilib”, - Kabello deyib.
Nazir Venesuelanın sülh istədiyini vurğulayıb:
Избранный
12
yeniavaz.com

1Источники