RU

Niyə fevral ayında bir gün günəş, bir gün qar yağır?

Fevral ayı Azərbaycanda qış mövsümünün ən dəyişkən və keçid xarakterli ayylarından biri hesab olunur. Son günlər müşahidə edilən hava şəraiti – bir gün günəşli və mülaim,növbəti gün isə qar yağışı və güclü küləklə müşayət olunan soyuq hava əhali arasında suallar doğurur. İqlim müşahidələrinə əsasən, fevral qış ayları arasında ən qeyri-sabit hava şəraiti ilə seçilir.Yanvar ayı adətən daha sabit və soyuq keçdiyi halda, fevralda atmosfer prosesləri aktivləşir.Bu dövrdə hava kütlələrinin tez-tez dəyişməsi, şimaldan soyuq, cənubdan isə nisbətən isti hava axınlarının toqquşması, temperaturun qısa müddətdə kəskin enib qalxması, qar,sulu qar,yağış və güclü küləklərin növbələşməsi kimi hallar geniş müşahidə olunur.

Bu fikirlləri Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a bildirib. Onun sözlərinə görə, fevral ayında müşahidə olunun kəskin hava dəyişiklikləri narahatlıq doğursa da bu proseslər əsasən mövsümi xarakter daşıyır:

"Fevral ayında qar yağması,xüsusilə gecə və səhər saatlarında temperaturun mənfi göstəricilərə düşməsi tamamilə mövsümi norma sayılır. Hətta bəzi illərdə fevral ayı yanvarla müqayisədə daha sərt hava şəraiti ilə yadda qala bilir.Xüsusilə dağlıq və dağətəyi ərazilərdə qar örtüyünün qalınlaşması, aran rayonlarda isə güclü külək və ya sulu qar müşahidə olunur.

Fevral ayının əsas xüsusiyyətlərindən biri də kəskin kontraslı hava keçidləridir.Bir gün günəşli və mülayim keçən hava növbəti gün qar və şaxta ilə əvəz oluna bilər.Bunun əsas səbəbi atmosfer təzyiq sistemlərinin tez-tez dəyişməsi və mövsümün yazla qış qarasında “keçid mərhələsi” olmasıdır".

QHT sədri bildirib ki, ümumilikdə fevral ayındakı bu cür dəyişkənlik iqlim baxımından normal hesab edilir.Lakin son illərdə müşahidə olunan bəzi tendesiyalar temperaturun normadan yuxarı qalxması,qeyri – mövsümi intensiv yağıntılar və küləklərin artması  qlobal iqlim dəyişikliyinin təsirlərini də istisna etmir. Bununla belə, fevral ayında qarın yağması  və havanın tez-tez dəyişməsi hələlik mövsümi çərçivədən kənara çıxmır:

"Fevral ayı qışın son, eyni zamanda yazın ilk əlamətlərini daşıyan bir dövrdür. Bu ayda günəşli, mülayim hava ilə yanaşı qar yağışı, külək və soyuq dalğalar müşahidə olunması təbiidir. Hazırda qeydə alınan dəyişkən hava şəraiti əsasən mövsümi xüsusiyyətlərlə izah olunur və iqlim normasına uyğundur. Bununla belə, vətəndaşların hava proqnozlarını diqqətlə izləməsi və kəskin dəyişikliklərə hazır olması tövsüyə olunur.

Fevral ayında uzunmüddətli sabit hava gözləmək düzgün deyil.Hva proqnozlarınl izləmək,xüsusilə sürücülər və açıq havada çalışanlar üçün vacibdir".

Избранный
23
qht.az

1Источники