RU

Binəqədi yolunda 8 aydır davam edən təmir nə vaxt bitəcək? İcradan açıqlama

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Binəqədi rayonunun ən problemli nöqtələrindən birinə çevrilən Baksol yolunda aylardır davam edən təmir işləri sürücülərin və sakinlərin səbrini daşırıb. Keçən ilin iyun ayından start götürən qazıntı və bərpa işlərinin hələ də yekunlaşmaması ərazidə hər gün xaotik nəqliyyat sıxlığına yol açır. Alternativ yol seçimi olmayan sürücülər isə hər gün saatlarla tıxacda qalmaqdan narazıdırlar.Demokrat.az Binəqədi Rayon İcra Hakimiyyətinə təmirlə bağlı sorğu ünvanlayıb. RİH-dən saytımıza bildirilib ki, qeyd edilən ərazidə aparılan işlər aidiyyəti üzrə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sifarişi əsasında podratçı təşkilat tərəfindən icra olunur:“Qeyd olunan işlər çərçivəsində ərazidə müəyyən fasilələr və ya məhdudiyyətlər yarana bilər. Bu müddət ərzində sakinlərdən anlayış gözlənilir. Məsələnin mahiyyəti və görülən işlərlə bağlı ətraflı məlumatın əldə edilməsi, eləcə də müraciətinizin daha operativ şəkildə araşdırılması üçün birbaşa olaraq həmin quruma müraciət etməyiniz tövsiyə olunur”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
demokrat.az

1Источники