RU

Berbok: Aİ BMT ni maliyyə uçurumundan xilas etmək üçün pulları geri tələb etməməlidir

ain.az bildirir, Bizimyol portalına istinadən.

BMT Baş Assambleyasının 80-ci sessiyasının sədri, Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbok Avropa İttifaqını təşkilatın maliyyə böhranına düşməsinin qarşısını almaq üçün BMT-dən istifadə olunmamış vəsaitlərin geri alınmasından imtina etməyə və bu qaydanın ləğvinə nail olmağa çağırıb.

Bizimyol.info xəbər verir ki, o, bu barədə Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı bildirib.

Berbok qeyd edib ki, bəzi üzv ölkələrin üzvlük haqlarını gecikdirməsi və ya ümumiyyətlə ödəməməsi səbəbindən BMT likvidlik böhranı təhlükəsi ilə üz-üzədir. O, həmçinin xatırladıb ki, təşkilatın qaydalarına əsasən, ilin sonunadək xərclənməyən bütün vəsaitlər üzv dövlətlərə geri qaytarılmalıdır — “hətta bu pullar əvvəlcə heç vaxt BMT-yə daxil olmayıbsa belə”.

“Əgər Aİ BMT-ni qorumaq və gücləndirmək istəyirsə, nümunə göstərilməlidir: üzvlük haqlarını vaxtında və tam şəkildə ödəməli, heç vaxt daxil olmayan vəsaitlərin geri qaytarılmasını nəzərdə tutan bu "kafkavari" maliyyə qaydasına yenidən baxılması ilə bağlı təkliflər irəli sürməli və qaydalar dəyişdirilənədək kreditlərin geri alınmasından imtina etməlidir. Bu, baş katibin iyul ayına qədər baş verə biləcəyi barədə xəbərdarlıq etdiyi maliyyə çöküşünün qarşısını almaq üçün vacibdir”, – deyə Berbok vurğulayıb.

Bundan əvvəl BMT-nin baş katibi Antoniu Quterreş "La Repubblica" qəzetinə müsahibəsində dünya təşkilatının “tamamilə real maliyyə çöküşü perspektivi” ilə üzləşdiyini bildirib və üzv ölkələri BMT-nin maliyyə qaydalarını islah etməyə çağırıb.

BMT likvidlik böhranı ilə üzləşib, çünki onun ən böyük donoru olan ABŞ təşkilatın əsas büdcəsinə ödənişlərdən imtina edib və həmçinin BMT agentliklərinə könüllü maliyyə dəstəyini kəskin şəkildə azaldıb. "Reuters" agentliyinin məlumatına görə, 2025-ci ildə ABŞ-ın BMT-yə ayırdığı yardımın həcmi 3,3 milyard dollara düşüb ki, bu da təşkilatın ümumi maliyyələşməsinin təxminən 14,8 faizini təşkil edir. Müqayisə üçün, Vaşinqton 2024-cü ildə BMT-yə 14,1 milyard dollar, 2022-ci ildə isə 17,2 milyard dollar ayırmışdı.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
bizimyol.info

1Источники