RU

WhatsApp Webdə YENİLİK səsli və görüntülü danışmaq olacaq

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

WhatsApp Web istifadəçiləri üçün uzun müddətdir gözlənilən yenilik təqdim olunub.

BAKU.WS xəbər verir ki, səsli və video zəng funksiyası artıq beta test mərhələsinə başlayıb. İstifadəçilər bundan sonra masaüstü tətbiq yükləmədən birbaşa brauzerlərdən zəng edə biləcəklər.

Yeni xüsusiyyət əvvəlcə yalnız təkbətək söhbətləri dəstəkləyir, ancaq gələcəkdə 32 nəfərə qədər iştirakçının qoşula biləcəyi qrup zəngləri də mümkün olacaq. Zənglər mobil və masaüstü tətbiqlərdə olduğu kimi başdan-başa şifrələnir və təhlükəsizlik protokolları qorunur. Həmçinin video zəng zamanı ekran paylaşımı da mövcuddur.

Yaxın həftələrdə funksiyanın beta istifadəçi bazası genişləndiriləcək və daha sonra bütün istifadəçilər üçün əlçatan olması planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
1
baku.ws

2Источники