Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycan kikboksçusu Şikar Bədəlov Türkiyənin İstanbul şəhərində keçiriləcək “Oğuz Döyüş Gecəsi” turnirində mübarizə aparacaq.
Bu barədə AZƏRTAC-a 40 yaşlı idmançının özü məlumat verib. Dünya kəmərinin sahibi olan döyüşçü 80 kiloqram çəki dərəcəsində qüvvəsini sınayacaq. Onun rəqibi hələlik bəlli deyil.
Martın 28-də təşkil olunacaq yarış gecəsində Avropa və dünya səviyyəli döyüşçülərlə yanaşı, gənc və perspektivli idmançılar da çıxış edəcəklər.
Qeyd edək ki, Şikar Bədəlov çıxdığı 18 döyüşdə 15-i nokaut olmaqla 17 dəfə qalib gəlib.