RU

Dubay ötən il rekord sayda turist qəbul edib

Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri 2025-ci ildə təxminən 20 milyon turist qəbul edərək, rekorda imza atıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Dubay rəhbərliyinin mətbuat xidməti “Dubai Media Office” məlumat yayıb.

Məlumata görə, 2025-ci ildə Dubaya gedən turistlərin sayı əvvəlki illə müqayisədə 5% artaraq, 19,59 milyona çatıb.

Həmçinin bildirilib ki, Dubay keçən ilin dekabr ayında ilk dəfə olaraq, bir təqvim ayı ərzində 2 milyondan çox turist qəbul edib.  

Digər tərəfdən, Dubay İqtisadiyyat və Turizm Departamentinin (DET) məlumatına görə, Dubaya gedən turistlərin çoxu Qərbi Avropadan olub (ümumi sayın 21%-i).

Həmçinin Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası, Şərqi Avropa, MDB və Cənubi Asiya ölkələrindən gedən turistlərin sayı da çoxluq təşkil edib: hər biri üçün 15%.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
1
yeniavaz.com

2Источники