RU

Bu ərazinin sakinləri 16 ildir avtobus gözləyir ŞİKAYƏT

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Abşeron rayonu, Novxanı bağları Kanalqırağı yaşayış massivinin sakinləri 2010-cu ildən bu günədək normal ictimai nəqliyyatla təmin olunmur. Hazırda sakinlər ya 3-4 km məsafəni piyada qət etməyə, ya da istismar müddəti bitmiş, sərnişin tutumu çox məhdud olan mikroavtobuslardan istifadə etməyə məcbur qalırlar. Axşam saatlarında ictimai nəqliyyatın fəaliyyət göstərməməsi səbəbindən insanlar qaranlıqda piyada yol getməli olur.Demokrat.az bildirir ki, məsələ ilə bağlı AYNA-ya müraciət edilsə də, sualımız cavabsız qalıb. Məsələni şərh edən nəqliyyat eksperti Aslan Əsədov deyib ki, Bakı ətrafı və Abşeronda nəqliyyat sistemi çox pis vəziyyətdədir:“Bu istiqamətdə yaxın vaxtlarda ciddi və yüksək addımların atılacağı gözlənilir. Əsas məqsəd Bakı ətrafı qəsəbələrin Bakı şəhərinin mərkəzi ərazilərinə çıxış imkanlarını genişləndirməkdir. Xüsusilə Azadlıq və Koroğlu metrostansiyalarına rahat və fasiləsiz nəqliyyat bağlantısının təmin edilməsi prioritet hesab olunur. Bu baxımdan, sözügedən ərazilərdə nəqliyyat infrastrukturu, xüsusən avtobus marşrutları üçün uyğun şəraitin yaradılması vacibdir. Bakı şəhəri əhalisinin böyük bir hissəsi mərkəzə yaxın ərazilərdə çalışır və şəhərətrafı yaşayış məntəqələrindən hər gün iş məqsədilə mərkəzə gəlir. Bu isə nəqliyyat sıxlığına, diskomforta və müəyyən çətinliklərə səbəb olur”. O bildirib ki, mövcud vəziyyət vətəndaşlar arasında narazılıq yaradır:“Nəqliyyat vasitələrinin təminatı ilə bağlı problemlər üzə çıxır. Məhz buna görə də əsas hədəflərdən biri yeni avtobusların gətirilməsi və sərnişin tutumuna uyğun nəqliyyat vasitələrinin təmin olunmasıdır. Monitorinqlər və analizlər aparılmaqla bu prosesin effektiv şəkildə həyata keçirilməsi planlaşdırılır. Hazırda şəhərin əsas magistral və magistrala yaxın əraziləri, xüsusilə Azadlıq prospekti, Heydər Əliyev prospekti və Hava Limanı şosesi boyunca yerləşən geniş ərazilərdə nəqliyyat təminatının yüksək səviyyədə qurulması nəzərdə tutulur”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
41
demokrat.az

1Источники