RU

Bu Mercedes lərin sürətlər qutusunda problem aşkarlandı Geri çağırılır

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Mercedes-Benz mühəndislərinin diqqətindən qaçan kiçik texniki detal AMG ailəsinin yeni üzvlərini servis mərkəzlərinə geri qaytarır. Alman avtomobil nəhəngi 2024 və 2025-ci illərdə konveyerdən çıxan 500 AMG E 53 modellərində transmissiya sistemində nasazlıq aşkarlayıb.Demokrat.az xəbər verir ki, transmissiyanın elektrik naqillərində quraşdırma zamanı yaranan səhv hərəkət zamanı ciddi fəsadlara yol aça bilər. Aparılan araşdırmalar göstərir ki, naqillərin düzgün yerləşdirilməməsi onların zamanla aşınmasına və qısaqapanmaya səbəb olur. Bu isə sürücünün idarəetmə zamanı gözlənilmədən ötürücülər qutusunun funksionallığını itirməsi və ya avtomobilin qəfil dayanması ilə nəticələnə bilər. Şirkət rəsmiləri bildirir ki, bu problem həm də yanğın riskini artırdığı üçün məsələyə təcili müdaxilə edilməsi qərara alınıb.Təhlükəsizlik tədbirləri çərçivəsində Mercedes-Benz artıq rəsmi bildirişlərə başlayıb. Avtomobil sahibləri heç bir ödəniş etmədən səlahiyyətli servis mərkəzlərinə dəvət olunur. Orada mütəxəssislər naqillərin yerini dəyişdirəcək və zədələnmiş hissələri yeniləri ilə əvəzləyəcəklər. Mütəxəssislərin fikrincə, bu addım brendin öz nüfuzunu qorumaq və yollarda yarana biləcək qəzaların qarşısını almaq məqsədi daşıyır. Prosesin nə qədər vaxt aparacağı və neçə min avtomobili əhatə edəcəyi ilə bağlı dəqiq statistika isə servislərin iş qrafikinə uyğun olaraq müəyyənləşəcək.İslam

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
demokrat.az

1Источники