ain.az bildirir, Milli.az portalına istinadən.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırova müavinlər təyin edilib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Cəfər Babayev Agentlik sədrinin birinci müavini, İlqar Həsənov və Mirzə Mirzəyev isə Agentliyin sədr müavini vəzifələrinə təyin olunub.
Qeyd edək ki, C. Babayev və i.Həsənov 2025-ci ilin fevralından bu təyinatadək Agentlikdə sədrin müşaviri vəzifəsində çalışıblar.
M.Mirzəyev isə 2024-cü ilin aprelindən bu təyinatadək Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəisi vəzifəsini tutub.
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.