RU

Estoniya Rusiyanın yaxın vaxtlarda NATO-ya hücum edəcəyinə şübhə ilə yanaşır

Estoniya Rusiyanın yaxın illərdə NATO ölkələrinə birbaşa hərbi hücum həyata keçirmə ehtimalını az hesab edir, lakin Moskvanın müxtəlif hibrid müharibə üsullarından istifadəni davam etdirəcəyini istisna etmir.

Editor.az xəbər verir ki, bu barədə Estoniya Xarici Kəşfiyyat Xidmətinin (SVR) yaydığı hesabatda qeyd olunub. Sənəddə bildirilir ki, Rusiyanın yaxın perspektivdə NATO üzvü olan ölkələrə açıq hərbi hücuma keçməsi real görünmür, lakin Kremlin təzyiq və təsir vasitələri olaraq hibrid təhdidlərdən istifadəsi davam edəcək.

Hesabatın ön sözündə Estoniya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kaupo Rozin qeyd edib:

“Estoniya Xarici Kəşfiyyat Xidməti Rusiyanın qarşıdakı il ərzində Estoniyaya və ya hər hansı NATO üzvü ölkəyə qarşı hərbi hücum planlaşdırmadığı qənaətindədir. Estoniya və Avropanın Kremlin bu cür addımlara hazır olub-olmadığını diqqətlə qiymətləndirməyə vadar edən addımlar atdığını nəzərə alsaq, ehtimal ki, növbəti il üçün də oxşar qiymətləndirməyə gələcəyik”.

Rozin vurğulayıb ki, Rusiyanın NATO-ya birbaşa hücum niyyəti olmasa belə, alyansın sabah da eyni gücdə və bütöv qalmasını təmin etmək üçün bütün mümkün tədbirlər görülməlidir.

 

// Gülnarə Abasova, Editor.az

Избранный
28
editor.az

1Источники