RU

Donald Trampın təşəbbüsü və təzyiqi ilə Ukrayna Rusiya müharibəsi may iyun ayına qədər bitəcək

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Rusiya-Ukrayna müharibəsi dörd ildir ki, davam edir. Bu müddət ərzində Rusiya Ukraynanın 19 faiz torpağını işğal edib. Donbasın çox hissəsini işğal etsə də, əsas yerləri hələ işğal edə bilməyib. Bu gün Rusiyanın müharibəni dayandırmaq üçün əsas şərti Donbasdan Ukrayna qoşunlarının çıxması və Donbasın tam olaraq Rusiyaya verilməsidir. Bu da indiki dövrdə mümkün deyil. Çünki Zelenski istəsə də, bu addımı ata bilməz. Ukraynanın Konstutitsiyası bunu qadağan edir. Rusiya qısa müddətdə Ukraynanı işğal etmək istəyirdi. Amma göründüyü kimi 4 ilə Donbası tam işğal edə bilməyiblər”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb. Politoloq qeyd edib ki, Ukrayna xalqı döyüşkən xalqdır, İkinci Dünya müharibəsi zamanı da orduda ukraynlar daha çox idi: “Ukraynalılar Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar siyasətə qarşı var gücləri ilə döyüşür, torpaqlarını müdafiə edirlər. Eyni zamanda həm Amerika, həm Avropa, həm də dünyanın 54-dən artıq ölkəsi Ukraynaya dəstək göstərir. Həmçinin, Ukraynada könüllülərdən ibarət dəstələr də döyüşür. O cümlədən, Rusiyanın indiki siyasətindən narazı olan Rusiya vətəndaşlarından ibarət xüsusi dəstələr var ki, onlar da Putinin, Rusiyanın ordusuna qarşı döyüşürlər.

Bu səbədən də müharibə 4 ildir ki, davam edir”.

Elşad Həsənov

Elşad Həsənov hesab edir ki, artıq Trampın təzyiqi və təhdidləri ilə danışıqlar yekuna doğru gedir: “Son günlərdə Əbu-Dabidə artıq ikinci görüş keçirildi. Hər iki tərəfdə müəyyən irəliləyişlərin olduğunu bildirirlər. Məhz Trampın təşəbbüsü, təzyiqi ilə müharibə yaxın aylarda may-iyun ayına qədər bitəcək. Əsas məsələ torpaq, ərazi məsələsidir. Burada bu günə qədər razılıq əldə edilməyib və bu səbəbdən də müharibə davam edir. Elə bu günlərdə ikiölkə arasında əsirlərin dəyişdirilməsi. Qaytarılması baş verdi. Bunun özü də müəyyən irəliləyişdir. Bu danışıqlar davam edəcək, müharibə bu il bitəcək.

Bu müharibə həm də Rusiyanın resursları bitdiyi üçün baş verəcək. Əsasən insan resurslarının azalması müşahidə edilir. Rusiya çox sayda sanksiyaya məruz qaldığına görə çox zəifləyib. Rusiya təyyarə azlığından əziyyət çəkir. Hətta onlar köhnə, utilizasiyaya verilməli olan təyyarələri yenidən təmir edib, istifadəyə verirlər. Yəni çox Rusiya ağır vəziyyətdədir və bunu da dərk edirlər. Avropanın və Amerikanın Rusiyaya qarşı olan dalbadal sanksiyaları da öz təsirini göstərir. Müharibəni dayandırmağa məcbur etmək üçün Amerika Hindistanın Rusiyadan neft almasının qarşısını alıb. Onlara Venesuela nefti satırlar. Digər ölkələr də sanksiyalar olduğuna görə, Rusiyanın qazından, neftindən istifadə edə bilmirlər. Rusiyanın gəlirləri xərclərini ödəmir. Cəbhədə milyard dollardan artıq vəsait itirir, ancaq gündəlik milyard dollar onlara gəlmir. Bu nöqteyi-nəzərdən məsələni təhlil edən iqtisadçılar bildirir ki, Rusiya doğrudan da çətin dönəmdədir”.

Politoloq bildirib ki, Donald Tramp da digər vasitələrlə Rusiyadan neftin alınmasını qarşısını alır, bu da Rusiya iqtisadiyyatına ciddi təsir göstərir.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
31
bizimyol.info

1Источники