RU

TƏCİLİ! Rusiya Avropaya HÜCUMA HAZIRLAŞIR

Avropada Rusiyanın yeni hərbi münaqişələrə hazırlaşa biləcəyi ilə bağlı narahatlıqlar artır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Münhen Təhlükəsizlik Konfransının yeni hesabatında qeyd olunub.

Sənəddə bildirilir ki, Avropanın uzun illər ABŞ-nin “təhlükəsizlik çətiri” altında sabit və firavan şəkildə inkişaf etdiyi dövr artıq başa çatıb.

Hesabat müəllifləri kəşfiyyat məlumatlarına istinad edərək bir neçə mümkün ssenarini diqqətə çatdırıblar. Onların fikrincə, Ukraynada mümkün atəşkəsdən sonra iki il ərzində Baltikyanı regionda regional müharibə başlaya bilər. Rusiyanın qonşu ölkələrindən birinə qarşı lokal münaqişə isə artıq altı ay ərzində baş verə bilər.

Sənəddə həmçinin vurğulanır ki, Moskva artıq Avropada hibrid fəaliyyətlərini fəallaşdırıb.

Analitiklər xəbərdarlıq edirlər ki, qərarsızlıq və strateji addımların olmaması Avropanı müxtəlif təsir dairələri arasında “boz zona”da saxlaya bilər. Bu isə qitənin öz gələcəyini müstəqil şəkildə müəyyən etmək imkanlarını tədricən zəiflədəcək.

Sara
NOCOMMENT.az

Избранный
34
nocomment.az

1Источники