
"WhatsApp Web" üçün uzun müddət gözlənilən səsli və video zəng funksiyası beta istifadəçiləri üçün aktiv edilib.
Missiya.Az xəbər verir ki, yeni xüsusiyyət sayəsində istifadəçilər əlavə proqram yükləmədən birbaşa brauzer vasitəsilə zəng edə biləcəklər.
Hazırkı mərhələdə yalnız təkbətək zənglər dəstəklənir, lakin gələcəkdə 32 iştirakçılı qrup zəngləri də əlavə olunacaq. Funksiya başdan-başa şifrələnmişdir və video zəng zamanı ekran paylaşımı mümkündür.
Meta yaxın həftələrdə funksiyanı bütün istifadəçilər üçün əlçatan etməyi planlaşdırır.
Seyranə QuliyevaMissiya.Az