RU

Vens Bakıya yola düşdü – VİDEO

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin təyyarəsi artıq İrəvan hava limanını tərk edib və Bakı istiqamətində hərəkət edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Flightradar monitorinq xidməti məlumat yayıb.

Məlumata görə, vitse-prezidenti daşıyan xüsusi təyyarə Ermənistan paytaxtından havaya qalxaraq Azərbaycan istiqamətində uçuşa başlayıb. Uçuşun qısa müddət ərzində Bakı hava limanına enəcəyi gözlənilir.

Səfərin məqsədi və Bakıda keçiriləcək mümkün görüşlər barədə hələlik rəsmi məlumat verilməyib. Lakin səfər regional proseslər və ABŞ-nin Cənubi Qafqaz siyasəti baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Cey Di Vensin regiona səfəri fonunda Ermənistan və Azərbaycan arasında münasibətlər, eləcə də təhlükəsizlik məsələləri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. ABŞ tərəfinin Bakı ilə aparacağı danışıqların regional əməkdaşlıq və sabitliyə təsir göstərəcəyi istisna olunmur.

Sara
NOCOMMENT.az

Избранный
65
nocomment.az

1Источники