RU

Bakıda binanın dayaq sütunu uçdu

Bakıda tikintisi davam edən binanın dayaq sütunu uçub.

Publika.az “Yeni Sabah”a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində, metronun “20 Yanvar” stansiyasının yaxınlığında yeni inşa olunan yaşayış binasında baş verib.

Dövlət Su Ehtiyatları Agentliyinin əsas binası da (keçmiş “Azərsu”) həmin ərazidə yerləşir.

Hadisənin səbəbi məlum deyil.

Избранный
8
2
publika.az

7Источники