Banco.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana ötən il 877 ədəd avtobus idxal edilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, idxal edilən avtobusların dəyəri illik müqayisədə 34 milyon 120 min dollar və ya 50,1% artıb.
Belə ki, 877 ədəd avtobusa görə ölkədən 102 milyon 186 min ABŞ dolları valyuta çıxıb.
Qeyd edək ki, bu il ölkəyə gətirilən avtobuslar say etibarı ilə 2024-cü ilə nisbətdə 472 ədəd artıb. 2024-cü ildə 405 ədəd avtobus idxal edilmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.