RU

Salah yaxınını, "Liverpul" Salahı itirdi

"Liverpul"un hücumçusu Məhəmməd Salah ağır itki ilə üzləşib. 

Fanat.Az xəbər verir ki, ulduz futbolçu babasını itirib. 

Məlumatı misirli jurnalist İsmail Mahmud futbolçunun əmisi Əhməd Əbdül Əziz Əl-Bambiyə istinadla yayıb. 

33 yaşlı hücumçunun dəfn mərasimində iştirakı hazırda sıx qrafiki səbəbindən qeyri-müəyyəndir. Onun baş məşqçi Arne Slotla qarşıdakı oyunu buraxmaq barədə razılığa gəldiyi bildirilir.

"Liverpul"un növbəti oyunu 11 fevralda Premyer Liqanın 26-cı turu çərçivəsində "Sanderlend"ə qarşı keçiriləcək. 

Salah 2025/26 mövsümündə 25 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

Избранный
9
1
fanat.az

2Источники