Səudiyyə Ərəbistanının “Əl Hilal” klubu İngiltərənin “Mançester Yunayted” klubu ilə Brunu Fernandeş üçün böyük transfer təklifi üzərində işləyir.
İdman.Biz xəbər verir ki, Səudiyyə klubu “Mançester Yunayted”ə portuqaliyalı yarımmüdafiəçi üçün 100 milyon funt sterlinq (230 milyon AZN) civarında təklif etməyə hazırdır.
Həmçinin klub Fernandeşə şəxsi müqavilə kimi də yüksək maaş təklif etməyi planlaşdırır. Məlumatlara görə, oyunçu həftədə 600 min funt sterlinq (1.4 milyon AZN) qazana və illik təxminən 28,8 milyon funt (66 milyon AZN) məbləğində gəlir əldə edə bilər.