RU

"İstedadların seçimi" yarışının I turu start götürəcək

Fevralın 14-15-də Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-16 yeniyetmələr arasında "İstedadların seçimi" yarışının I turu keçiriləcək.

Apasport.az xəbər verir ki, turnirdə 73 klub və idman cəmiyyətindən 358 idmançı (302 oğlan, 56 qız) 16 çəki dərəcəsində mübarizə aparacaq.

"İstedadların seçimi" yarışının keçirilməsində məqsəd Azərbaycan millisinin sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır.

Qeyd edək ki, 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar "Gələcəyin ümidləri" təlim proqramına cəlb olunacaq.

Cüdo üzrə “İstedadların seçimi” turnirinin I turu start götürüb

Balabəy Ağayev finalda

"Böyük Dəbilqə"də 8 təmsilçimiz çıxış edəcək

Cüdoçularımız beynəlxalq turniri 11 medalla başa vurublar - FOTO

Cüdoçularımız Belçikadakı Açıq Turnirin ilk günündə 7 medal qazanıb - FOTO

Избранный
23
8
apasport.az

10Источники