RU

Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işi üzrə məhkəmə yekun qərarla bağlı müşavirəyə gedib

Bakı. Trend:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıqəleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə maddələri ilə və digər ağırcinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı RubenVardanyanın barəsində cinayət işi üzrə fevralın 10-da davametdirilən məhkəmə prosesində söz müdafiə tərəfinə verilib.

Trend xəbər verir ki, müdafiətərəfinin, o cümlədən təqsirləndirilən R.Vardanyanın son sözçıxışından sonra sədrlik edən Zeynal Ağayev tərəflərə (ittiham vəmüdafiə tərəfi) müraciət edərək, məhkəmə baxışının nəticələriəsasında yekun məhkəmə qərarının layihəsinin variantını təqdimedib-etməyəcəklərini soruşub.

Tərəflər yekun məhkəmə qərarının layihəsini təqdimetməyəcəklərini bildiriblər.

Ardınca sədrlik edən məhkəmə baxışının başa çatdığını elanedib.

Müşavirədən qayıtdıqdan sonra məhkəmənin yekun qərarı elanolunacaq.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburiköçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını vəadətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr vəqurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma vəgəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdidyaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onuzorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və ya qrupları yaratma) və 318.2-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələriilə ittiham olunur.

Trendxatırladır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq,terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilətəqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsindəbaşlanılmış cinayət işinin ibtidai istintaqı AzərbaycanRespublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılmışdır.

Məqalədə:
Избранный
21
49
az.trend.az

10Источники