RU

Azərbaycan Cənubi Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya arasında körpü rolunu  gücləndirir- ÖZƏL

"Azərbaycan-BƏƏ yaxınlaşmasının daha geniş geosiyasi ölçüsü də mövcuddur. Qlobal güc balanslarının yenidən formalaşdığı, beynəlxalq münasibətlərin sürətlə dəyişdiyi bir mərhələdə Azərbaycan Cənubi Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya arasında körpü rolunu getdikcə gücləndirir". "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev deyib: "BƏƏ isə Bakını regionda sabitliyə töhfə verə bilən, etibarlı və proqnozlaşdırılan tərəfdaş kimi qəbul edir. Bu qarşılıqlı yanaşma radikal meyllərin qarşısının alınması, konstruktiv regional gündəliyin təşviqi və təhlükəsizlik mühitinin möhkəmləndirilməsi baxımından da mühüm rol oynayır.
Eyni zamanda, enerji və yaşıl texnologiyalar sahəsində əməkdaşlıq münasibətlərin strateji mahiyyətini daha da dərinləşdirir. Azərbaycanın bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirmək istiqamətində atdığı addımlar, postmünaqişə bölgələrində ekoloji dayanıqlığa əsaslanan layihələrin icrası BƏƏ-nin investisiya potensialı ilə uzlaşır. Bu sahədə ortaq təşəbbüslər həm iqtisadi inkişafı stimullaşdırır, həm də Azərbaycanın yeni enerji gündəliyinin beynəlxalq tərəfdaşlar tərəfindən dəstəkləndiyini göstərir.
Qarşılıqlı etimadın yüksəlməsi, çoxşaxəli əməkdaşlığın genişlənməsi və institusional əlaqələrin möhkəmlənməsi gələcəkdə münasibətlərin daha da dərinləşəcəyini göstərir. Bu iki ölkə sürətlə dəyişən dünya reallıqları fonunda ortaq mövqelərdən çıxış edərək regionda davamlı sabitliyə və təhlükəsizliyə mühüm töhfələr vermək niyyətindədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
41
olaylar.az

1Источники