RU

ABŞ Polşaya ən son Abrams tanklarının tədarükünə başlaylb

2026-cı il üçün Amerika Abrams M1A2 SEPv3 tanklarının ilk partiyası Polşaya çatıb.

Herbiand.az İnterfaks agentliyinə istinadən xəbər verir ki, Polşa Müdafiə Nazirliyinin Silahlanma Agentliyi bu barədə məlumat yayıb.

Polşaya iyirmi doqquz tank çatdırılıb. Tanklar Poznandakı WZMOT silah zavodunda tam hazır vəziyyətə gətiriləcək və bundan sonra onlar Polşa Ordusuna təhvil veriləcək.

Polşa Ordusunda artıq əvvəlki modifikasiyalı 116 Abrams tankı var və yeni, modifikasiya olunmuş versiyanın tədarükü də davam edir. Cəmi 250 Abrams M1A2 SEPv3 tankının tədarükü planlaşdırılır. Abrams M1A2S EPv3 kompozit zireh, təkmilləşdirilmiş atəş idarəetmə sistemləri, yüksək partlayıcı parçalanma mərmiləri atmaq qabiliyyəti və bir sıra digər təkmilləşdirmələrə malikdir.

Избранный
37
herbiand.az

1Источники