RU

Danla Biliçin sevgilisinə 5 ay həbs cəzası verildi - SƏBƏB

Türkiyəli sosial media fenomeni Danla Biliçə şiddət göstərən keçmiş sevgilisi Berk Çetinə məhkəmə 5 ay həbs cəzası verib.


Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, buna baxmayaraq hökmün açıqlanması təxirə salınıb.

Qeyd edək ki, bir müddət əvvəl Danla Biliç adı ilə tanınan Damla Aktepeni ölümlə təhdid edən və Eyüpsultandakı bir idman klubunun restoranında onu döyən keçmiş sevgilisi Berk Çetin “Qadına qarşı yüngül yaralama” ittihamı ilə 1 il 6 aya qədər həbs cəzası istəyilə ilk dəfə İstanbul Məhkəməsində 29-cu Asliye Cinayət Məhkəməsində hakim qarşısına çıxıb.

Избранный
19
manset.az

1Источники