RU

İran XİN Türkiyəyə təşəkkür edib

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəkayi Tehranda keçirdiyi mətbuat konfransında ölkəsinin xarici siyasət gündəmi və regional inkişaflarla bağlı açıqlamalar verib.

"Cebheinfo.az" xəbər verir ki, Bəkayi bölgə ölkələrinin müzakirələrə ev sahibliyi etmək istədiklərini və bu cəhdləri qiymətli hesab etdiklərini bəyan edib. 

"Biz müzakirələrin həm keçmiş dövrdəki təcrübələrə dayanaraq, həm də müxtəlif səbəblərdən dolayı ABŞ-nin iyun ayında müzakirə masasını dağıtdığı yerdə – Oman dənizində aparılmasını istəyirdik. Müzakirələr mövzusunda səy göstərən bütün qonşulara, xüsusilə də Türkiyəyə təşəkkür edirik", - deyə bildirib.

Bəkayi bölgə ölkələri ilə davamlı dialoq halında olduqlarını və yenə bölgə ölkələrinin gərginliyi azaltmaq nöqtəsində mühüm rol oynaya biləcəyini vurğulayaraq, İranın maraqlarını diplomatik yol ilə qorumaq istədiyini deyib.

İsrail Baş naziri Benyamin Netanyahunun ABŞ səfərinə dair qiymətləndirmələr aparan Bəkayi, xüsusilə ABŞ-dəki lobbiçilik fəaliyyətlərinə də diqqət çəkib:

"Bizim müzakirələrdəki tərəf müqabilimiz ABŞ-dir. Bölgənin zərər görməsinə səbəb olan təzyiqedici cəhdlərdən asılı olmayaraq hərəkət etmək qərarı da ABŞ-nin məsuliyyətindədir".

Bəkayi bildirib ki, ABŞ-nin Qərbi Asiyada üzləşdiyi siyasi problemlər İsrailin bu bölgədəki fəaliyyətlərinə dəstək verməsindən qaynaqlanır.

İranın "vaxt qazanmaq" niyyəti ilə müzakirə masasına oturduğu barədə tənqidlərə cavab olaraq Bəkayi bunları deyib:

"Müzakirələr nə qədər tez nəticələnsə, bizim üçün bir o qədər yaxşı olar. Sanksiyaların ləğv edilməsi bizim üçün olduqca mühümdür. Bu səbəbdən "vaxt qazanmaq" şəklindəki söyləmlərin heç bir mənası yoxdur".

Избранный
30
cebheinfo.az

1Источники