RU

Ona arzularını yazan izləyicilərinə üsyan etdi: "34 ildir əziyyətlə çalışıram"

52 yaşlı aktrisa Pınar Altuğ sosial şəbəkələrdə ona gələn mesajlardan gileylənib.

Far.Az xəbər verir ki, insanlar onun mesaj bölümünə istəklərini yazır və bunları onun reallaşdırmasını gözləyir.

Aktrisa insanların ona bu cür yanaşmasını qınayıb və hər bir şəxsin öz zəhməti ilə ayaqları üzərində dayanmalı olduğunu vurğulayıb:

"İnstaqramdan elə mesajlar alıram ki, onlara bir məna verə bilmirəm. Biri yazır: "Məni evləndirərsən?", digəri: "Maşın alarsan?", başqası isə "Ev istəyirəm" və ya "500 000 lirə (19 500 AZN) verə bilərsən?" kimi mesajlar göndərir. Deyəsən, bəzi insanların ölkənin iqtisadi vəziyyətindən ümumiyyətlə xəbəri yoxdur. Halbuki mən 34 ildir ki, zəhmətlə, əziyyətlə çalışıram".

Избранный
33
1
far.az

2Источники