RU

Azərbaycanlı şoumenin eks xanımı aliment məbləğindən narazıdır

ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Azərbaycan əsilli rusiyalı şoumen Timur Rodrigezin (Kərimov) keçmiş həyat yoldaşı Anna Devoçkina boşanma sonrası aliment və uşaqların saxlanması ilə bağlı qərarlardan narazıdır.

Axşam.az xəbər verir ki, Timurun vəkilinin sözlərinə görə, müvəkkili iki uşağa ayda 1,5 milyon rubl (33 min manat) aliment ödəyir, əlavə xərcləri, uçuşları və Annanı lazım olacaq qədər maddi yardımla təmin edir. Lakin Anna İspaniyada bu məbləğin yetərli olmadığını deyib. Timur keçmiş həyat yoldaşına uşaqlarla Rusiyaya qayıtmağı təklif etsə də, məhkəmə bunu dəstəkləməyib.

Vəkil bildirib ki, boşanmadan sonra Anna bağ evini satıb və pulların bir hissəsini Timura qaytarmayıb. Nəticədə eks-xanımı ondan daha varlı olub. Timur isə şəxsi gəlirlərinin azaldığını və boşanma zamanı maddi baxımdan çətin vəziyyətdə qaldığını qeyd edib.

Qeyd edək ki, Rodrigez və Devoçkina 16 illik evlilikdən sonra mayda rəsmi olaraq boşanıblar. Ayrılığın səbəbi kimi Anna onun xəyanətlərinə işarə edib, lakin şoumen bunu inkar edib. Qısa müddət sonra Rodrigez yeni sevgilisi, aktrisa Katya Kabakla ictimaiyyət qarşısında görünməyə başlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
axsam.az

1Источники