RU

Zahid Oruc: İrəvana başlayan ticarət qlobal müharibə partiyasını məğlub edəcək

"Kibercinayətkarlıq silah, terror və insan alveri kimi transmilli təhlükədir. Konvensiyanın təsdiqi əsla şəxsi toxunulmazlıq azadlığına qarşı deyil, məhkıəmə qərarları olmadan elektron sübutlara əlçatanlıq məhz dövlət təhülkəsilziyi mənaefləri baxımından önəmlidir".
Ölkə.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə çıxışı zamanı deyib. 

Deputat Bakı Hərbi Məhkəməsində müharibə cinayətlərində təqsirləndirilən 15 nəfər barəsində hökmün elan edilməsinə reaksiya verərək deyib ki, bu, xalqımıza qarşı törədilən ədalətsizliklərə verilən qəti və tarixi cavab,  Azərbaycan Ordusunun döyüş meydanlarında qazandığı Qələbənin məhkəmə salonlarında da hüquqi təsdiqidir.

"Bəli, qurulan Sülh Məhkəməsi düşmənçiliyə deyil, müharibə dövrünün  qapanmasına xidmət edir, qisas yox, gələcək nəsillərin təhlükəsizliyi üçündür. 

Məhkəmədən bir gün öncə Əbu-Dabidə iki dövlət rəhbərinin ərəb dünyasının Nobeli sayılan Sülh mükfatına layiq görülməsi, prezident İlham Əliyevin çoxəsrlik silahlı münaqişədən sonra regiona və dünyaya barış gətirməsi işğalçılara, onların ideoloqlarına və himayədarlarına verilən ən böyük cəzadır.  5 fevral tarixli hökmü bütün şəhidlərimizin, bir milyona yaxın məcburi köçkünün və bütöv bir millətin bərpa olunan hüquqi iradəsidir.

Bəli, separatçıları öz paytaxtlarında diplomatik protokolla qəbul edənlər Qarabağ işğalçıları üzərində heç vaxt Ruanda, Haaqa tribunalı qurmayacaqdılar. 

Ermənistanla sülh müqaviləsinin imzalanması yaxınlaşdıqca gizli qəsdçiləri açıq görürük. Fransa Milli Assambleyasının qətnaməsini təqdim edən Loran Vokye deyir ki, Azərbaycan guya Ermənistanı yox etmək, erməniləri silmək istəyir. İndi bütün dünya görür: Fransa parlamentariləri sülhə necə zərbə vurur və erməni xalqını hansı təhlükəyə atmaq istəyir".
 O əlavə edib ki, 5 fevral Məhkəmə qərarından sonra İrəvan meydanlarında 90-cı illərdən fərqli olaraq, kimsə separatizmin müdafiəsi üçün kütləvi aksiyalara əl atmır. "Deməli, Bakıda verilən qərarın sülhə xidmət etdiyini erməni xalqı da yaxşı başa düşür. 

Prezident İlham Əliyev nəinki Qafqaza, bütövlükdə dünyaya barış və təhlükəsizlik gətirir. Proqnozlaşdırmaq çətin deyil ki, sülhə qarşı birləşən qüvvələr qarşıdakı aylarda təxribatlarını daha da gücləndirəcəklər. Ona görə xalqımızdan birlik və möhkəm iradə tələb olunur.
Ermənistanla başlayan ticarət və siyasi əlaqələrin müdafiəsi sui-qəsdçilərə zərbə vuracaq, qlobal müharibə  partiyasını məğlub edəcək.

Gəlin, düşmənçilikdən qazanan keçmiş imperiyaların niyyətlərinə fürsət verməyək".

Mürtəza

Избранный
18
3
olke.az

5Источники