RU

Milli dəyərlərin bərpası və adət ənənələrimizin təbliği ilə bağlı etno məclisə start verilib

Xalq qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Etnoqrafik Tədqiqatlara Dəstək İctimai Birliyinin sədri tarix üzrə fəlsəfə doktoru etnoqraf Günay Çapayın təşəbbüsü və birliyin təşkilatçılığı ilə Etno Məclis adlı tədbir keçirildi. Tədbirin məqsədi milli dəyərlərimizin yaşlı nəsil vasitəsilə öyrənilməsi və gənc nəslin iştirakı ilə yaşadılmasına xidmət etməkdir.

Məclisin ilk mövzusu Səfəvilər dövrü Azərbaycan milli geyimlərinə həsr olunub. Məruzəçilər Günay Çapay və Günel Rəhimli tarixi mənbələr, səyyahların gündəlikləri, muzey eksponatları və illüstrativ əsərlər əsasında təqdimatlarla çıxış etdilər.

Tədbir “Milli geyinək, milli düşünək. Özünə qayıdış geyimdən başlayır” şüarı ilə təşkil olunaraq, milli kimliyin, ənənəvi geyim mədəniyyətinin və etnoqrafik irsin müasir cəmiyyətə inteqrasiyasını hədəfləyib.

Etno Məclis çərçivəsində alimlərin və tədqiqatçıların iştirakı ilə milli dəyərlər, etnoqrafik irsin qorunması və yaşadılması mövzusunda fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları səmimi atmosferdə milli mövzulu müzakirələrə qatılıb, çay, qəhvə və milli şirniyyatlardan ibarət dadım guşəsində Azərbaycan mətbəxinin nümunələri ilə tanış oldular. Tədbirdə Xarıbülbül rəqs qrupunun balaca fidanları da milli rəqs nümunələri ilə çıxış etdilər.

Eyni zamanda milli geyimlərdə fotosessiya təşkil edilib, iştirakçılar arasında yeni tanışlıqlar və gələcək əməkdaşlıqlar üçün əlaqələr qurulub. Tədbirə milli geyim və ya milli detal daşıyan geyimlə qatılan iştirakçılar Etno Məclisin ideya yükünü vizual olaraq da tamamlayıblar.

Tədbir iştirakçılar tərəfindən milli-mədəni irsin təbliği istiqamətində atılan əhəmiyyətli addım kimi dəyərləndirilib və mütəmadi olaraq keçirilməsi üçün təşəbbüslər səsləndirilib.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
8
1
xalqqazeti.az

2Источники