RU

Sumqayıtdakı 7 nömrəli marşrut avtobuslarından şikayət Sürücülər qaydaları saymır

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sumqayıt şəhərində bəzi sərnişin avtobuslarının yol zolaqlarının tələbinə əməl etməməsi digər hərəkət iştirakçılarının narazılığına səbəb olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı bir sürücü sosial şəbəkələrdə videogörüntü paylaşıb.

View this post on Instagram

Bildirilib ki, 7 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusların nizamsız hərəkəti yolun daralmasına, eləcə də nəqliyyatın hərəkətində çətinliklərin yaranmasına səbəb olur.

Oxu.Az-a açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, məsələ ilə bağlı daşıyıcıya xəbərdarlıq edilib:

"Daşıyıcıya xəttin nizamlı fəaliyyətini təmin etməyə, səlahiyyətindəki sürücülərin sərnişindaşıma qaydalarını pozmamasına, mindirib-düşürmələri yalnız təyin olunan dayanacaq məntəqələrində həyata keçirmələrinə nəzarətin təşkilinə dair tapşırıq verilib".

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
90
oxu.az

1Источники