RU

Maaş artımı niyə qiymət artımını üstələyə bilmir? - EKSPERT DANIŞDI

"Əslində 2025 cilin göstəricilərinə görə maaş artımı qiymət artımını üstələmişdir. 2025 ci ilin göstəricilərinə görə maaşlar 9.3 % artıb,inflyasiya isə rəsmi olaraq 5.6% olmuşdur.Amma ərzaq inflyasiyası 6.8% olub. Azərbaycanda inflyasiya hesablanarkən istifadə olunan “istehlak səbətində” ərzaq məhsulları ən böyük paya malikdir.
Ərzaq məhsulları ümumi səbətin 43-45% ni təşkil edir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Samir Heydərov deyib.

Samir Heydərov sözlərinə belə davam edib: "Bu o deməkdir ki qiymət artımını ölçən rəsmi göstəricinin (CPİ) az qala yarısı bir başa qidadan asılıdır. Deməli Azərbaycanda 2025 ci- ildə inflyasiya 5.6% olub və ərzaq inflyasiyası 6.8% dirsə onda ümumi inflyasiyanın 55-60% ərzaq inflyasiyasının payına düşür.Deməli 2025 ci ildə qiymətlər 5.6 qəpik arıbsa bu bahalaşmanın 3.2 qəpiyi sırf ərzaq məhsullarının bahalaşması hesabına baş verib.

Bu baxımdan rəsmi rəqəmlərdə maaş artımı qiymət artımını üstələsədə ərzaq inflyasiyasının (6.8%) daha yüksək olması aşağı gəlirli ailələlər üçün bu artımın effektini bir qədər azaldır.
2026 cı ilin yanvarın 1 dən biz daha ciddi artımlar gördük. Minimum əməkhaqqı 15.9% artrılaraq 400 manata çatdı.Pensiyalar isə 9.3% indeksasiya olundu. Bu son illərin ən yüksək sosial artımlarından biridir.

Amma sualınıza qayıdaraq niyə maaş artımı qiymətləri üstələyə bilmir deyərkən onu nəzərə almaq lazımdır ki,burda psixoloji amil də var. Maaş və pensiya artımı xəbərləri çıxan kimi bəzi sahibkarlar real (xərc) maaş artımını gözləmədən qiymətləri artırırlar. Minimum əmk haqqı dərəcəsi artdıqda müəssisələrin xərcləri də artır. Sahibkarlar mənfəət normasını qorumaq üçün əlavə xərcləri məhsul və xidmətlərin qiymətlərinə əlavə edirlər bu da yeni qiymət artımına səbəb olur.
Zaman gecikməsi amili də vardır.Maaşlar adətən ildə bir dəfə artdığı halda qiymətlər dərhal dəyişə bilər.İnflyasiya sürətləndikdə maaşlar bu sürətə çatmaya çalışır amma geridə qalırlar.

Məhsuldarlıq problemi də rol oynayır.İqtisadi nəzəriyyəyə görə maaşların qiymətləri üstələməsi üçün işçi məhsuldarlığı artmalıdır. Əgər məhsuldarlıq artımı maaş artımından geri qalırsa bu birbaşa qiymət artımına (inflyasiyaya) yol açır.
Azərbaycan ərzaq məhsullarına olan daxili tələbatın təxminən 25-30% birbaşa idxal hesabına ödəyir.Lakin bu rəqəm məhsul növünə görə dəyişir. Yüksək idxal asılılığı olan məhsul çeçidlərinə bitki yağları və kərə yağnı göstərə bilərik.Tələbatın 75-80% xaricdən alınır.(Rusiya,Ukrayna,Yeni Zellandiya,Türkiyə,Avropa ölkələri,Belarus,İran )
Şəkər və şəkər xammalında idxal təxminən 90%-dir.Ölkədə şəkər istehsalı olsada şəkər xammalının təxminən 90% i idxal edilir.

Buğdanın (ərzaqlıq) idxaldan asılılığı təxminən 70-75%-dir. Ümumi ət idxalında asılılıq 15-20%-dir.Mal ətində özünü təmin etmə 85% olsada ümumi ət məhsullarında (o cümlədən dondurulmuş ət idxalı) idxal payı 15-20%-dir. Əsasən bu kimi ərzaq məhsullarının qiymətlərində artım daha çox nəzərə çarpır. Onu da qeyd etmək lazımdır ki,meyvə tərəvəzdə özünü təmin etmə səviyyəsi 100%-dən yuxarıdır.Hətta böyük ixrac potensialı var. Quş əti və yumurta istehsalı daxili tələbatın 95%- 98% ni ödəyir.Amma bu məhsulların qiymətində də qiymət artımı nəzərə çarpır.

Dünyada geopolitik risklər,müharibələr və konfliktlər ərzaq məhsullarının qiymətini də artırır. Belə ki, yanacağın, sığortanın və fraxt(gəmi daşımaları) qiymətlərinin artması da ərzağın qiymətini artıran səbəblərdən biridir.
Bu hal da idxal inflyasiyasına səbəb olur.İdxal inflyasiyasının təsirlərini azaltmaq üçün kənd təsərrüfatının qeyd olunan sahələrində məhsuldarlığı artırmaq lazımdır.

Yekun olaraq onu deyə bilərik ki, 2026 cı ilin maaş artımları xeyli yüksəkdir. (minimum əmək haqqında artım 15,9% və gözlənilən inflyasiya 5%).Lakin real nəticəni o zaman görəcəyik ki,kənd təsərrüfatı sahəsində yerli istehsal artsın və süni qiymət artımına nəzarət sərtləşsin".

Müəllif: Günel Fərzəliyeva
Избранный
22
1
sia.az

2Источники