RU

Bakıda restoranın yandırılmasına görə daha bir nəfər tutuldu

Bakıda restoranın yandırılmasına görə daha bir nəfər tutuldu

Qaradağın Qobustan qəsəbəsində yerləşən "Şeyx Lounge" restoranının yandırılmasına görə daha bir nəfər tutulub.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Əməli törətməkdə şübhəli bilinən daha bir nəfər - C.Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə fevralın 8-i saat 23:00 radələrində baş verib. Daha əvvəl hadisə ilə bağlı 2 nəfər saxlanılmışdı.

Yanğının baş verməsinə ilkin səbəb olaraq 2 nəfər arasında yaranmış mübahisə göstərilir. Belə ki, mübahisə davaya çevrildikdən sonra tərəflərdən biri obyektdə yanğın törədib. Ardınca isə müştərilərin oranı tərk edə bilməməsi üçün qapını arxadan bağlayıb.

Yanğın nəticəsində 1 nəfər ayaq nahiyəsindən yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, bir dam altında tikilən, ümumi sahəsi 600 m² olan birmərtəbəli müxtəlif təyinatlı obyektlərdən (kafe, avtomoblil ehtiyat hissələrinin satışı mağazası və avtomobil təmiri sexləri) sahəsi 250 m² olan kafenin yanar konstruksiyaları yanıb.

Restorana 150 min manatdan artıq ziyanın dəydiyi bildirilir.

Избранный
21
3
afn.az

4Источники