RU

"Kurtlar Vadisi"nin aktrisası vəfat etdi - FOTO

"Kurtlar Vadisi" serialının unudulmaz aktrisası Şıvqa Gerez vəfat edib.

Milli.Az türkiyə mediasına istinadla xəbər verir ki, "Kurtlar Vadisi" serialında Cerrahpaşa sakinlərinin böyük bacısı rolu ilə yadda qalan aktrisa Şıvqa Gerez bir müddətdir xərçəngdən əziyyət çəkirdi.

O, aylar əvvəl sosial media hesabında paylaşım edərək "Xərçənglə mübarizəmiz başladı. İnşallah, bunu ən yaxşı şəkildə yola salacağıq" yazıb izləyicilərindən dua istəmişdi.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
32
1
milli.az

2Источники